Muğam Mərkəzində Azərbaycan və Amerika caz ifaçılarının konserti - FOTO

Muğam Mərkəzində Azərbaycan və Amerika caz ifaçılarının konserti - FOTO
16:12 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 12-də  Beynəlxalq Muğam Mərkəzində ABŞ səfirliyi Azərbaycanla diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirib.

Milli.Az bildirir ki, tədbirdə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin tarixinə həsr olunmuş video nümayiş olunub. Sonra ABŞ səfiri Robert Sekuta və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev səhnəyə çıxaraq iki ölkə arası uğurlu əməkdaşlıq barəsində danışıblar.

Tədbirdə amerikalı caz ifaçısı Qabriel Stravelli və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə çıxış ediblər. Onlar həm də "Saçlarına gül düzüm" mahnısını birgə ifa ediblər. Onları Azərbaycan caz pianoçusu Elçin Şirinov və amerikalı musiqiçilər Devid Kuk, Patrik Oliri, Erik Xelvorson müşayiət ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/534762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR