Qarabağın işğalında ŞOK SİRR, müharibə ÇAĞIRIŞI...- GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
193 baxış·6 dəq oxu
Türkiyədə dünən keçirilən referendum prezident
üsul-idarəsinə keçid dəstəkləndi. Referendumdan sonra parlamentin
buraxılacağı barədə iddialara rəsmi cavab verilib. Koreya
yarımadası ətrafında vəziyyət gərgin olaraq qalmaqdadır. Rusiya və
Çin kəşfiyyat gəmilərini ABŞ donanmasını izləmək üçün Koreya
yarımadasına göndərib. Rusiya Xarici İşlər Nazirliyinin başçısı
ABŞ-ı Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində
birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.
Türkiyədə dünən keçirilən referendum prezident
üsul-idarəsinə keçid dəstəkləndi. Konstitusiya
islahatlarının əleyhinə çıxanlar ölkənin diktatorluğa aparıldığını
iddia etsələr də, “bəli” cəbhəsi keçmiş sistemdə prezidentlə baş
nazir arasında fikir ayrılıqlarının yaşandığını və bunun ölkənin
maraqlarına ciddi zərbə vurduğunu əsas gətirirlər.
“Ahaber.com” saytının yaydığı məlumat isə I Qarabağ
müharibəsində Türkiyənin Azərbaycana dəstək verməməsinin əsas
səbəbinin məhz köhnə sistemin olduğu ortaya çıxıb.
Qarabağ savaşında Türkiyənin Azərbaycana yardım etməməsinin SİRRİ AÇILDI - ŞOK SƏBƏB
Türkiyə baş nazirin müavini Mehmet Şimşək bildirib
ki, prezident Rəcəb Tayip Ərdoğan parlamenti buraxmağı və
növbədənkənar seçkiləri keçirməyi planlaşdırmır.
“Seçkilər 2019-cu ilin noyabrında keçiriləcək”, - Şimşək deyib.
Qeyd edək ki, dünən Türkiyədə prezident idarə üsuluna keçidi
nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib.
Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif
edilən dəyişiklikləri dəstəkləyib.
Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati
Piri Türkiyədə keçirilən referendumla bağlı bəyanat
verib. Yazılı açıqlamada “Türkiyədəki bütün
demokratlar üçün kədərli bir gün” ifadəsi işlədilib.
“Türkiyə əhalisi ədalətli olmayan bir seçki mühitində az fərqlə
Ərdoğana nəzarətsiz səlahiyyət verən və avtoritar bir sistemə uyğun
olan Konstitusiya paketinə dəstək verdi. Bu, Türkiyədəki bütün
demokratlar üçün kədərli bir gündür”, - bəyanatda deyilir.
Qeyd edilir ki, Türkiyənin yeni Konstitusiya ilə Avropa
İttifaqına üzv ola bilməyəcəyi dəqiqdir:
“Əgər paket dəyişdirilmədən tətbiq olunsa, bu vəziyyət Avropa
İttifaqı ilə müzakirələrin təxirə salınmasına gətirib
çıxaracaq”.
Türkiyədə dünən keçirilən referendumda hakim Ədalət
və İnkişaf Partiyasının rəhbərlik etdiyi “bəli” cəbhəsi qalib
gəldi. Bu qələbəni həzm edə bilməyən “xeyir”
cəbhəsinin bəzi üzvləri təxribat çağırışlar səsləndiriblər.
“Prezidenti təhqir etmə” və “təhdid” ittihamları ilə bağlı
haqqında cinayət işi açılan siyasətçi Feyzi İşbaşaran bu dəfə
vətəndaş müharibəsi çağırışı edib. F.İşbaşaran “Twitter” hesabında
belə yazıb: “Oğurluq edəcəklərindən əmin idik. Silahlı mübarizəyə
hazır olun”.
Cənubi Koreya və ABŞ sonrakı təxribatlar olacağı
halda Koreya Xalq Demokratik Respublikasını cəzalandırmaq
niyyətindədir. Bu haqda Cənubi Koreya prezident
səlahiyyətlərinin müvəqqəti icraçısı, baş nazir Xvan Qe An ABŞ-ın
vitse-prezidenti Mayk Penslə danışıqlardan sonra deyib.
Baş nazirin sözlərinə görə, raket əleyhinə THAAD sistemlərinin
ən sürətli şəkildə Cənubi Koreyada yerləşdirilməsi barədə ABŞ-ın
vitse-prezidenti ilə razılaşıb.
“Koreya-Amerika ittifaqı Koreya yarımadasında və şimal-şərqi
Asiyada sülh və çiçəklənmə üçün dayaqdır”, - Xvan Qe An
bildirib.
Qeyd edək ki, Şimali Koreya raketləri ilə əlaqədar təhdidi əsas
gətirən Vaşinqton və Seul 2016-cı ildə THAAD sistemlərinin Cənubi
Koreyada yerləşdirilməsi barədə razılaşıb. Cənubi Koreyanın
“Renxap” agentliyinin məlumatına görə, ölkədə dörddən doqquza qədər
THAAD batereyası quraşdırıla bilər. Onların hər biri eyni anda
səkkiz raketi zərərsizləşdirə bilər. Cənubi Koreya Müdafiə
Nazirliyinin məlumatına görə, raketə əleyhinə sistemin radiusu 200
kilometrdən çox deyil.
THAAD sistemlərinin Cənubi Koreyada yerləşdirilməsi barədə ABŞ
və Koreyanın planlarına Rusiya və Çin kəskin etirazını
bildirib.
Yaponiya hökuməti Koreya yarımadası ətrafındakı
vəziyyətlə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını
çağırıb. Bu haqda hökumətdəki mənbəyə istinadən
“Kiodo” agentliyi bildirib.
Ancaq iclasda konkret hansı məsələlərin müzakirə edildiyi hələ
məlum deyil.
Daha əvvəl Yaponiyanın baş naziri Sindzo Abe ölkə parlamentində
bildirib ki, hökumət Koreya yarımadasından qaçqınların axını zamanı
yaranacaq fövqəladə vəziyyətə qarşı hansı addımların atılacağını
düşünür.
Tokio fövqəladə vəziyyətə hazırlaşır – TƏCİLİ TOPLANTI
Pxenyanda aprelin 15-də keçirilən parad Koreya Xalq
Demokratik Respublikasında (KXDR) quru, dəniz, hava və strateji
qoşunlarından başqa, yeni qoşun növünün olduğunu ortaya
çıxarıb. Parad Şimali Koreyada xüsusi taktik
qoşunların olduğunu göstərib.
Cənubi Koreyanın “Renxap” agentliyi ekspertlərə istinadən
bildirir ki, xüsusi taktiki qoşunlar ABŞ və Cənubi Koreya xüsusi
təyinatlılarının Şimali Koreya lideri Kim Çen Inın məhv edilməsi
üzrə planının qarşısını almaq üçün təlimlər keçirlər. Daha əvvəl
yayılan məlumata görə, ABŞ-ın “Navy SEALS Team 6” elit dəstəsi
KXDR-lə münasibətlərdə gərginliyin artması fonunda Koreya
yarımadasına gəlib.
Şimali Koreyadan gözlənilməz addım: “Sui-qəsd briqadası”na qarşı YENİ QOŞUN NÖVÜ
Rusiya və Çin kəşfiyyat gəmilərini ABŞ donanmasını
izləmək üçün Koreya yarımadasına göndərib. Bu barədə
“The Japan News” nəşri Yaponiya hökumətindəki mənbələrə istinadən
məlumat yayıb.
Nəşr qeyd edib ki, hər iki ölkənin kəşfiyyat gəmiləri artıq
Koreya sahillərinə yan alırlar.
“Bu, Koreya yarımadasına donanma yedirən ABŞ-a ciddi siqnaldır”,
- deyə nəşr vurğulayıb.
"ABŞ öz bazalarını Koreya Xalq Demokratik
Respublikasının (KXDR) cavab zərbəsindən qoruya
bilməyəcək". Bunu Rusiya Federasiya Şurasının üzvü
Aleksey Puşkov deyib.
Senatorun sözlərinə görə, ABŞ Seulu və Cənubi Koreyadakı
bazalarını Pxenyanın cavab zərbələrindən tamamilə qorumağa qadir
deyil.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pxenyanın nüvə və
raket proqramlarının dayandırılması üçün istənilən addımlara hazır
olduqlarını açıqlayıb. Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens də
iki Koreya dövlətinin sərhədində silahsızlaşdırılmış zonaya səfəri
zamanı təsdiq edib. Pens bildirib ki, Vaşinqtonun KXDR barəsində
səbri artıq tükənib.
Pxenyan isə təxribatlar olacağı halda, ABŞ-ın regiondakı
bazalarına zərbələr vuracağını açıqlayıb.
"Rusiya Avropada partlayıcı fəaliyyətlə məşğul
olur". Bunu ABŞ prezidenti Donald Trampın milli
təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster ABC telekanalına
müsahibəsində deyib.
Daha əvvəl Avropa və amerika siyasətçiləri qorxularını ifadə
edib ki, avroskeptik namizədlərə kömək etmək üçün Rusiya Avropada
seçkilərin gedişatına müdaxilə edə bilər.
ABŞ Kremlin Avropa ilə bağlı planını açıqladı - QORXUNC SSENARİ
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Serqey
Lavrov amerikalı generala cavabında bildirib ki, Moskva
köməkçisinin deyil, ABŞ prezidenti Donald Trampın özünün Rusiya
haqqında bəyanatlarına diqqətini yönəldəcək.
“Prezident təsdiq edib ki, o Rusiya ilə münasibətləri qaydaya
salmaq istəyir. Biz də həmçinin buna hazırıq”, - Lavrov deyib.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı həmçinin
ABŞ-ı Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində
birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb. Lavrov
ABŞ-ın ehtiyatlı davranacağına ümid etdiyini deyib.
“Pxenyanın nüvə və raket sınaqları BMT Təhlükəsizlik Şurasının
çoxsaylı qətnamələrinin pozulmasıdır. Amma bu heç də bildirmir ki,
güc tətbiq edərək beynəlxalq hüququ pozmaq olar. Buna görə də ümid
edirəm ki, birtərəfli hərəkətlər olmayacaq. Biz bunu bu yaxınlarda
Suriyada gördük”, - Lavrov bildirib.
Rusiya xarici siyasət idarəsinin başçısı həmçinin ümid etdiyini
ifadə etdi ki, ABŞ prezident Donald Trampın seçkiqabağı kampaniyası
zamanı dəfələrlə səsləndirdiyi xətti izləyəcək.
Almaniya kansleri Angela Merkel Almaniya Federal
Kəşfiyyat Xidməti (BND) tərəfindən Rusiya prezidenti Vladimir
Putinlə bağlı hazırlanmış dosyeni Britaniya xüsusi xidmət
orqanlarına verib.
Bu haqda “Focus” nəşri bildirib. Jurnal Almaniya xüsusi xidmət
orqanlarındakı mənbələrinə istinadən iddia edir ki, 2015-ci ilin
oktyabrında Merkel Britaniyanın baş naziri Devid Kameronun rəsmi
şəhərkənarı iqamətgahına - Çekers malikanəsinə baş çəkib. Kansler
burada Britaniya kəşfiyyatı (MI6) və əks-kəşfiyyatının (MI5)
rəhbərləri - Aleks Yanqer və Endrü Parkerlə görüşüb.
Merkel Putini Britaniya kəşfiyyatına satdı - ŞOK İDDİA