Duş qəbul edərkən bir çoxunuz bu səhvi edirsiniz - DİQQƏT!

Duş qəbul edərkən bu səhvləri etməyiniz dəri sağlamlığınıza zərər verir.

Metbuat.az xəbər verir ki, çox isti suda yuyunmayın. İsti su dərini qurudur və yağını alır. Bu da qan axımını sürətləndirdiyi üçün dəridə qızarıqlığa, yanmalara və qaşıntıya səbəb olur.

İsti su ilə yanaşı uzun müddət duş qəbul etmək dərini qurudur, qaşıntı əmələ gətirir və dəri problemlərinə gətirib çıxarır.

Duşda istifadə etdiyiniz gellərin dəriyə ziyan verdiyini bilirdiniz? Araşdırma nəticəsində məlum olub ki, duş gelləri dərini vacib yağlardan məhrum edir. Bu da dəridə qurumalara və sərtliyə səbəb olur.

Köhnə hamam süngərlərinin tərkibində çoxlu bakteriyalar var. Süngəri istifadə etdikdən sonra mütləq qurutmaq lazımdır. Nəmli qalan süngərlərin içərisinə çoxlu bakteriya toplandığı üçün dəridə problemlərə səbəb olur. Yaxşı olar ki, 4 həftədən bir həmin əşyaları dəyişəsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR