Türkiyə-Suriya sərhədindəki Ceylanpınar mahalında vəziyyət yenidən gərginləşib.

Metbuat.az xəbər verir ki, PKK Suriyadan Ceylanpınar sərhəd keçid məntəqəsinə doğru raket zərbələri endirib. Antiterror əməliyyatı nəticəsində 11 terrorçu, 1 gün öncə baş verən hücum zamanı isə 7 terrorçu məhv edilib.

Ümumilikdə isə 2 gün ərzində PKK 13 müxtəlif sərhədyanı əraziyə 15 zərbə endirib.

Suriya ilə sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib.

Aytən Novruzova / Metbuat.az