İraqda yenidən bomba səsləri eşidilib.

Metbuat.az xəbər verir ki, hadisə paytaxt Bağdadda baş verib. Bomba quraşdırılan avtomobil polis məntəqəsini hədəf seçib. Hadisə nəticəsində aralarında polis də olmaqla 7 nəfər ölüb, 9-u yaralanıb.

Aytən Novruzova / Metbuat.az