Dünyanın ən böyük internet ensiklopediyası "Wikipedia"ya Türkiyədən daxil olmaq əngəllənib.

Metbuat.az xəbər verir ki, giriş Türkiyə vaxtı ilə səhər saat 8-dən etibarən dayandırılıb. Səbəbin açıqlanmaması insanlar arasında ciddi müzakirələrə səbəb olub.

Bəzi versiyalara görə, səbəb texniki və hüquqi problemlərin olmasıdır.

Aytən Novruzova / Metbuat.az