Dünyanın ən soyuq kəndinə səyahət

Dünyanın ən soyuq kəndi Rusiyanın Saxa Respublikasının Oymyakon yaylasında yerləşir.

Metbuat.az xəbər verir ki, bu yaşayış yeri 1920-ci ildə Sovet dövründə salınıb.

Təxminən 650 əhalisi olan kənddə yalnız 1 market var. Onun da rəfləri ancaq ət və balıq məhsulları ilə doldurulur. Bölgədə avtomobillər yalnız qarajlarda hərəkətə gətirilə bilir. Burada havanın ən isti vaxtı -45 dərəcə şaxta olur.

Oymyakon kəndində cəmi bir məktəb və bir tibb məntəqəsi var. Məktəb bütün qışı açıq olur, yalnız temperatur -52 dərəcəni keçdikdə bağlanır. Çünki -52 dərəcədən temperaturun aşağı düşməsi bütün elektrik cihazlarının, hətta qələmlərin belə donmasına səbəb olur.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR