Azərbaycan və Türkiyə ordusu ERMƏNİSTAN SƏRHƏDİNDƏ: İrəvan həyəcan içində

Azərbaycan və Türkiyə ordusu ERMƏNİSTAN SƏRHƏDİNDƏ: İrəvan həyəcan içində
15:28 1 May 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Türkiyə arşında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə start verilib. Mayın 5-dək davam edəcək təlimlər Azərbaycanda keçirilir. Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

Publika.az
xəbər verir ki, Azərbaycan və Türkiyənin birgə təlimləri Ermənistanda narahatlıqla qarşılanıb.

Erməni ekspert Aram Sarukyan 16-21 aprel tarixində Azərbaycan Ordusunun 30 min şəxsi heyət və yüzlərlə hərbi texnika ilə keçirdiyi hərbi təlimləri xatırladaraq, Qarabağda müharibə təhlükəsinin artdığını və Ermənistanı yaxşı gələcək gözləmədiyini deyib.

A.Sarukyan Azərbaycanın keçirdiyi hərbi təlimlərin Ermənistanda ciddi narahatlığa səbəb olduğunu da deyib.

Qeyd edib ki, bu təlimlərin Ermənistanla sərhəd bölgəsində keçirilməsi də təsadüfi deyil.

“Bu, Ermənistana ciddi mesajdır”, - deyə o vurğulayıb.

Erməni politoloq Aleksandr Kananyan bildirib ki, hərbi təlimlərdə Türkiyənin iştirakı Ermənistan üçün ciddi təhlükələrdən xəbər verir: “Türkiyə və Azərbaycan qlobal planda birgə regional siyasət aparan ölkələrdir. Ermənistan tərəfi bu təlimlərə xüsusi diqqət ayırmalı, döyüş hazırlığını gücləndirməlidir. Çünki belə təlimlər bir çox halda müharibənin müqəddiməsi olur. Türkiyə və Azərbaycanın orduları güclüdür, müqayisədə Ermənistan zəifdir. Buna görə də dalana dirənmiş Qarabağ danışıqları fonunda hər an nəsə baş verə bilər”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR