Türkiyə və Hindistan ikitərəfli ticarətdə milli valyutalara - türk lirəsi və hind rupisinə keçməklə dollardan imtina edə bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Nyu-Dehliyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib.

“İxrac və idxal əməliyyatları milli valyutalarla aparıla bilər. Bu, iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcək”, - Ərdoğan deyib.

Xatırladaq ki, daha əvvəl Türkiyə və Rusiya ikitərəfli ticari hesablaşmalarda dollardan imtinanı müzakirə edib.

Ömər