x
Loading...

Neft Fondu ötən il “Cənub Qaz Dəhlizi” layihəsi üçün 797 mln. manat xərcləyib

Neft Fondu ötən il “Cənub Qaz Dəhlizi” layihəsi üçün 797 mln. manat xərcləyib
19:07 1 May 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən il “Cənub Qaz Dəhlizi” (SGC) layihəsinin maliyyələşməsi üçün 797 427,6 min manat ayırıb.
“Report” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin təsdiqlədiyi ARDNF-in 2016-cı il xərcləri üzrə büdcəsində yer alıb.
Məlumata görə, Neft Fondu 2016-cıl ildə Türkiyədə “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün 331 776,0 min manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün isə 66 174,5 min manat xərcləyib.
ARDNF-in qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün ayırdığı vəsaitin həcmi isə 89 994,9 min manat olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/neft-fondu-oten-il-cenub-qaz-dehlizi-layihesi-ucun-797-mln-manat-xercleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR