Misirdə silahlıların hücumu nəticəsində 8 polis əməkdaşı ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident paytaxt Qahirənin şimal-şərq bölgəsində qeydə alınıb.

İlkin məlumata əsasən, naməlum silahlılar polis patruluna hücum edib

Hücuma görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.