FTB-nin tərcüməçisi İŞİD silahlısına ərə gedib

FTB-nin tərcüməçisi İŞİD silahlısına ərə gedib
09:52 2 May 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) tərcüməçisi Daniela Qrin İŞİD qruplaşmasının üzvü ilə ailə qurub.
“Report” CNN televiziyasına istinadən xəbər verir ki, 2014-cü ildə ailə qurmuş Daniela 3 ildən sonra səhvini başa düşərək, ABŞ-a qayıdıb və həbs edilib.
İnformasiyaya əsasən, 2014-cü ildə FTB D.Qrini Suriyaya terrorçu qruplaşma barədə məlumat toplamağa göndərib. Ancaq o, Denis Kuspert adlı İŞİD üzvü ilə nikaha girib. Məlumata görə, 3 ildən sonra ABŞ-a qayıdan Qrin terrorçu qruplaşma barədə yanlış informasiya verdiyini etiraf edib. İşlətdiyi cinayətə görə İŞİD-çinin keçmiş həyat yoldaşı 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yayında o, azadlığıa buraxılıb.
Xəbərdə bildirilib ki, Denis Kuspert qruplaşma üçün yeni tərəfdarlar toplamaq üzrə məsul şəxs imiş.
39 yaşlı D.Kuspert ABŞ Dövlət Departamentinin beynəlxalq terrorçular siyahısına daxil edilibmiş. 2015-ci ilin oktyabrında ABŞ-ın Suriyaya aviasiya zərbələri zamanı Denis məhv edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ftb-nin-tercumecisi-i-si-d-silahlisina-ere-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR