"WorldFood Azerbaijan 2017" sərgisi keçiriləcək

"WorldFood Azerbaijan 2017" sərgisi keçiriləcək
14:57 2 May 2017
Ölkə mətbuatı
A- A+

17-19 may 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri - 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017" və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2017" sərgiləri keçiriləcək.

Milli.Az bildirir ki, keçirildiyi illər ərzində "WorldFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olmuşdur. Qida sənayesinin inkişafına təkan verən "WorldFood Azerbaijan" sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub. Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları
qismində "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər.

Ətraflı məlumat əlavədədir.

Fürsətdən istifadə edərək, Sizə müvəffəqiyyətlər və işinizdə uğurlar
arzulayırıq!

Əlavə məlumat əldə etmək üçün, xahiş edirik, Svetlana Hacıyevaya müraciət
edəsiniz

Tel.: +994 12 404 1008

Faks: +994 12 4041001

E-mail: prmanager@iteca.az

www.worldfood.az www.ipack.iteca.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/540892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR