x
Loading...
.

Kim ürəyinin səsini eşidə bilirsə...

Kim ürəyinin səsini eşidə bilirsə...
17:38 3 May 2017
69 Digər
Ölkə mətbuatı
A- A+
.

Belə bir deyim var: “Ürəyinin səsinə qulaq as”. Bu obrazlı ifadə əslində ilkin mənada deyil, “ürək səsi” burda duyğuların, eyni zamandan vicdanın səsi hesab olunur. İndi ingilislərdə də bu deyim var ya yox, varsa da alimlər onun ilkin versiyasına diqqət ayırıblar. Araşdırıb belə nəticəyə gəliblər ki, kim ürəyinin səsini (burda döyüntüsünü) eşidə bilirsə, deməli o, başqalarına daha həssas adamdır. Ətrafında baş verən hadisələrə laqeyd qala bilmir, insanların dərdinə şərik olur, sevincini paylaşır.

Alimlər 72 könüllü üzərində təcrübə aparıblar. Bu insanlar arasında nəbzini tutmadan, əlini ürəyinin üstünə qoymadan onun döyüntüsünü eşidə bilirmişlər. Eşidə bilənlər sosial məsələlərə daha həssas yanaşıblar. Başqalarına yararlı olmağa çalışıblar, əl tutublar.

Yaxşı araşdırmadır. Amma insafən, bizim atalarımız ingilisin atasından qabaq demişdi axı bunu! Ya məcazi, ya həqiqi – nəticə yenə də duyğuya, vicdana bağlanır.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR