Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqinin Bakı səfəri Ermənistanda narahatlıq yaradıb. Bu gün Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Ötən gecə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Bu gün Suriya münaqişəsinin həlli üzrə Astana prosesi çərçivəsində danışıqların növbəti raundu başlayıb. Amerika bir həftə ərzində ikinci dəfə “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirib. ABŞ-ın Cənubi Koreyada qurduğu THAAD raket əleyhinə müdafiə sistemi döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Beynəlxalq Avrasiyaçılıq Hərəkatı”nın rəhbəri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqinin Bakı səfəri Ermənistanda narahatlıq yaradıb. Erməni ekspert Qalust Qriqoryan son vaxtlar Rusiyadan Azərbaycana çoxsaylı nümayəndələrin getdiyini yazıb: “Vladimir Jirinoviski, Vladimir Solovyev, ardınca da Duqin. Duqinin səfəri Rusiyanın anti-Ermənistan davranışının son damlası oldu”.

Erməni ekspert qeyd edib ki, Duqinin Bakı səfəri Rusiya və Azərbaycanın Qarabağ məsələsində anlaşdığını göstərir.

“Duqinin səfəri sübut edir ki, Bakı və Moskva pərdəarxasında Qarabağla bağlı razılığa gəlib. İndiyə qədər bununla bağlı çoxsaylı nümunələr, fikirlər var idi. Lakin bu səfər heç nəyə şübhə yeri qoymadı”, - deyə Qriqoryan vurğulayıb.

Bu gün Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Təkbətək görüşdən əvvəl Rusiya prezidenti türk həmkarı ilə işçi rejimdə görüşmək imkanını müsbət qiymətləndirib. Onun sözlərinə görə, Suriya böhranını operativ müzakirə etmək imkanı Rusiya və Türkiyə münasibətlərinin bərpasını göstərir.

“Yaxşı ki, işçi rejimdə görüşərək ikitərəfli münasibətlər və beynəlxalq gündəliyin əsas problemləri üzrə danışmaq imkanı var. Bizim birgə işimizin belə rejimi göstərir ki, Rusiya-Türkiyə münasibətləri xüsusi xarakter əldə edir və tam formatda bərpa olunur”, - Putin bildirib.

Putinin fikrincə, Türkiyədə daxili siyasi vəziyyətinin tədricən bərpası Rusiya ilə münasibətlərin inkişafı üçün şərait yaradacaq. Türkiyə prezidenti öz növbəsində, Suriya üzrə Rusiya ilə əməkdaşlığı effektiv adlandırıb.

“Mən əminəm ki, bizim birlikdə atacağımız addımlar bütün regionun taleyini dəyişəcək”, - Türkiyə prezidenti deyib.

Təkbətək və geniştərkibli görüşlərdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

Putin qeyd edib ki, Rusiya və Türkiyə Suriya münaqişəsinin yalnız siyasi-diplomatik yolla həllini görür. Rusiya prezidenti qeyd edib ki, Rusiya Astanada keçirilən görüşdə Suriyada təhlükəsizlik zonalarının yaradılması haqqında qərarı qəbul edəcəyinə ümid edir. Putin deyib ki, ABŞ da təhlükəsizlik zonalarının yaradılması ideyasını dəstəkləyir.

ABŞ-ın Müdafiə Nazirliyi Rusiya ilə müharibəyə hazırlaşır. Pentaqon Rusiya ilə müharibə planını “İldırımsürətli qlobal zərbə” adlandırıb. Bu plan istənilən ölkəni 1 saat ərzində tutmağa imkan verən strategiyaya əsaslanır.

İldırımsürətli qlobal zərbənin vurulmasında qitələrarası ballistik raketlərindən istifadə olunmayacaq. Əksinə, bu dəfə tamamilə yeni texnologiyalardan istifadə ediləcək. Hətta yeni texnologiyaların tətbiqi zamanı planetdəki canlılara zərbə vurulmayacaq.

Planlaşdırılan hücumda istifadə olunacaq silahlar aşağıdakılardır.

Pərdəarxası Qarabağ SAZİŞİ, bir saata QƏLƏBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya 1 saat içində alt-üst ediləcək – Kosmosdan QLOBAL ZƏRBƏ