Nigeriya prezidenti Məhəmməd Buharpinin xanımsı Ayşə Buhari Twitter vasitəsilə bəyan edib ki, əri güman edilən dərəcədə xəstə deyil.
Milli.Az BBC-yə istinadən bildirir ki, Məhəmməd Buhari səhhəti ilə bağlı davam edən qeyri-müəyyənlik şəraitində növbəti, sayca 3-cü dəfə hökümət iclasına qatılmayıb.
O, artıq bir həftədən çoxdur ki, ictimaiyyət qarşısına çıxmır.
Mart ayında Buhari Britaniyada 7 həftə ərzində müalicə kursu keçdikdən sonra ölkəyə qayıdıb. Onun nədən müalicə olunması isə açıqlanmayıb.

Nigeriyaya döndükdən sonra prezident qeyd edib ki, heç zaman belə xəstələnməmişdi.
Ayşə Buhari Twitter akkauntunda yazıb ki, əri "səlahiyyətlərini yerinə yetirməkdə davam edir" və nazirlərlə görüşlər keçirir. O, eləcə də nigeriyalılara təşəkkürünü bildirib.
Prezident Buhari Britaniyada olduğu müddətdə paytaxt Abucada hökümətin keçirdiyi iclaslara vitse-prezident Yemi Osinbajo sədrlik edib.
Bu həftənin əvvəlində Nigeriyanın bir qrup görkəmli xadimi prezidentin sağlamlıq durumu ilə bağlı nigaranlığın artması fonunda Buharini səhhətinə görə məzuniyyət götürməyə çağırıb.
M.Buhari ötən həftə cümə namazına qatılmayıb və bu da ölkədə təəccüb yaradıb: çünki prezident indiyədək cümə namazlarından əsla qalmazdı.

Mart ayında prezident Buhari Britaniyada 7 həftə ərzində müalicə kursu keçib.
İnformasiya naziri Lai Məhəmməd bəyan edib ki, prezidentin səhhətinə aid məsələlər "şəxsi səciyyə" daşıyır və nigeriyalılara onun sağlamlıq durumu barədə məlumat verilir.
Prezidentin şəxsi köməkçisi Bəşir Əhmədsə söyləyib: "Cənab prezident səlahiyyətlərinin yerinə yetirilməsi çərçivəsində ədliyyə naziri Abubakar Malami və digər rəsmilərlə öz iqamətgahında görüşüb".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində