Türkiyənin Bursa şəhərində litsey şagirdi sinif yoldaşını öldürərək, intihara cəhd edib.
Metbuat.az xəbər verir ki, səhər saatlarında qız dostu Nilufəri silahla öldürən H.C silahı başına tuşlayaraq, intihara cəhd edib. Nilufər ölsə də, H.C ağır yaralanıb.
Nilufəri öldürən H.C-nın sinif yoldaşları ilə “WhatsApp” qrup yazışması ortaya çıxıb. Qətldən az əvvəl yazılan yazışmada H.C sinif yoldaşlarına vida məktubu göndərib:
“Sağkən bir işə yaramadım. Mən öləndən sonra orqanlarımı ehtiyacı olanlara verərsiniz ki, insanlara bir faydam olsun. Gedəcəyim yerin hara olduğunu dəqiq bilmirəm. Təkcə onu bilirəm ki, o yer mənimçün cənnət olacaq. Atam da həbsxanaya düşmək istəməzdi, amma nə yazıq ki, tale belə gətirdi. Nilufər məni bu addımı atmağa məcbur etdi. Əslində çöldə 50-100 nəfəri öldürməyi çox istərdim. Amma riskə gedə bilmərəm. Ölüm həqiqətin özüdür. Nəhayət ki, həqiqətə qovuşacam”.
Aytən Novruzova / Metbuat.az