"Report" EFE agentliyinə istinadən xəbər verir ki, narıncı təhlükə səviyyəsi Eskuintla, Çimantenanqlo və Sakatepekez bələdiyyələrinə şamil edilib.
Eskuintlada Santa-Lusiya-Kotsumalquapa rayonundan təqribən 330 sakin köçürülüb.
Bildirilir ki, 10 təhsil müəssisəsində dərslər təxirə salınıb.
Ölkənin üç aktiv vulkanından biri olan Fueqo eyniadlı paytaxtdan 45 km. aralıda yerləşir. Fueqo vulkanı sonuncu dəfə cari ilin fevralında püskürüb.