Bakı. Trend:

Hindistanın paytaxtı Dehlinin cənubunda məktəb yaxınlığında baş vermiş qaz sızması nəticəsində 110 şagird xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, yanğından mühafizə xidmətinin yaydığı məlumata görə, qaz sızması yerli vaxtla səhər saat 07:30-da məktəb yaxınlığında yerləşən konteyner deposunda baş verib.

Sızan qazın hansı qaz olması barədə hələ məlumat verilməyib. Qaz sızmasının səbəbləri də məlum deyil, araşdırma aparılır.

Xəstəxanaya yerləşdirilən şagirdlərin vəziyyəti hazırda yaxşı qiymətləndirilir.