Mayın 5-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. Suriya atəşkəs rejimin qarantı olan ölkələr gərginliyin azaldılması üzrə təhlükəsizlik zonalarının yaradılması barədə razılaşıblar. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqinin Bakı səfəri Ermənistanda narahatlıq yaradıb. Mayın 3-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. ABŞ hökumətinin PKK terror təşkilatına növbəti dəfə hərbi yardım etməsi faktının üstü açılıb.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda birgə döyüş atışlı taktiki təlimlərinə start verilib. Təlimlər mayın 5-dək davam edib.

Azərbaycan və Türkiyənin birgə təlimləri Ermənistanda narahatlıqla qarşılanıb.

Milyonlarla insanın SONU, bir saata QƏLƏBƏ, 5 RAYON... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Türkiyə ordusu ERMƏNİSTAN SƏRHƏDİNDƏ: İrəvan həyəcan içində