Hər il Beynəlxalq Əsginas Kolleksionerləri Assosiasiyası (İBNS) müxtəlif ölkələrin mərkəzi bankları tərəfindən buraxılmış ən yaxşı əsginas kolleksiyalarını seçir. Yüksək ada iddialı olan mütləq ya saxta pulkəsənlərdən innovativ müdafiəyə malik olmalıdır, ya da əsl sənət əsəri nümayiş etdirməlidir - nəticə olaraq əsginasların məhz bədii dəyəri qiymətləndirilir.

Publika.az sizə İBNS-in siyahısına düşmüş dünyanın ən gözəl və qeyri-adi pullarının siyahısını təqdim edir:

1. 10.000 təngə, Qazaxıstan. 2011-ci ilin ən yaxşı əsginası hesab olunur. Göy, qəhvəyi və bənövşəyi rənglərlə işlənmiş əsginasın üzərində uçan quşlar və Qazax manumentinin şəkli var. Əsginas səsvermədə 100 Kanada dollarını və 100 Cəbəllütariq funtunu geridə qoyub.

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

2. 100 kron, Norveç. 2017-ci ildə dünyanın ən yaxşı əsginasları sırasında yer alıb. Üzərində əsas mövzu olaraq dəniz və vikinqlərin gəmisi təsvir edilib. Dənizin simvollaşdırılmasını rəsmilər bütün dünya ilə dəniz vasitəsilə əlaqə saxladıqları ilə izah edib. 50 kronda isə mayak təsvir edilib.

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

3. 100 funt, Cəbəllütariq. Eyni dizaynla əsginas 2011-ci ildə də nominasiyaya qatılmışdı. İndi isə 2017-ci il üçün iddialıdır. Zahiri görünüş əvvəlki kimi qalsa da, saxtalaşdırma əleyhinə mühafizə səviyyəsi xeyli yüksəldilib. İçərisinə incə kağıza bənzər metal lövhə (saplar) yerləşdirilib.

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

4. 1000 rupi, Maldivlər. 2016-cı ildə ən yaxşı əsginaslar sırasında finala çıxıb. Onu digərlərindən xüsusi qoruyucu mexanizmi yox, məhz füsunkar dizaynı fərqləndirir.

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

5. 100 peso, Meksika. 2017-ci ilin ən yaxşı əsginası seçilə bilər. Şanslı əsginas öz növbəsində Cəbəllütariq funtlarıyla, Norveç kronalarına meydan oxuyur. Bu əsginas Meksika Konstitusiyasının 100 illiyinin şərəfinə buraxılmışdır. Üzərində Meksika inqilabının ideoloqu Venustiano Karransanın və Müəssislər Məclisinin başçısı Luisin Roxasın şəkli təsvir edilib.

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

6. 50 frank, İsveçrə. 2016-cı ilin ən yaxşı əsginaslarından biridir. Gözəl dizaynı və etibarlılığı sayəsində qələbə qazanıb. Dizaynı 20 il ərzində cəmi bircə dəfə dəyişdirilib. Üzərində küləklərin xəritəsi, zəncirotu, digər tərəfində isə dağların topoqrafiya xəritəsi təsvir edilib. 50 frank Durasafe texnologiyası ilə çap edilib. Müxtəlif materiallardan ibarət olan üç incə qatdan tərtib olunub.

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

7. 500 peso, Argentina. 2016-cı ildə keçirilən ən yaxşı əsginas müsabiqəsində İsveçrə frankı ilə finalda qələbə uğrunda mübarizə aparıb. Üzərində yaquar şəkli təsvir edilib. Mühafizə sistemi su nişanları və metal zolaqlarla işlənib.

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

8. 5 dollar, Yeni ZelLandiya. 2015-ci ilin ən yaxşı əsginası. Pulun üzərində Yeni Zellandiyalı alpinist cənab Edmund Hillari təsvir edilib. O, 1953-cü il may ayının 29-da Everestin zirvəsinə qədər gedib çatıb. Əsginasın saxtalaşdırmasına qarşı önləm olaraq müdafiə sistemi kimi pinqvinlərdən və ölkə simvollarından istifadə edilib.

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

9. 5 funt, Böyük Britaniya. İsveçrə frankı ilə finala qalan Böyük Britaniya funtu rütubətə və palçığa davamlı möhkəm plastik materiallardan hazırlanıb. Əsginasın üzərində baş nazir Uinston Çerçilin şəkli təsvir edilib. Şəklin altında isə onun məşhur kəlamı yazılıb: "Mən sizə ağır zəhmət, qan-tər və göz yaşlarından başqa heç nə vəd edə bilmərəm".

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

10. 100 rubl, Rusiya. 2015-ci ildə keçirilən ən yaxşı əsginas müsabiqəsinin finalçısı olub. Krımın və Rusiyanın yenidən birləşdirilməsinin şərəfinə buraxılıb. Bir tərəfdə "Qaranquş yuvası"nın qalası, digər tərəfdə isə Sevastopol körfəzində batırılmış rus eskadrası gəmilərinin şərəfinə ucaldılan abidə təsvir edilib.

Dünyanın ən gözəl əsginasları -- BAXMAQLA DOYMAQ OLMUR - FOTOLAR

Könül Cəfərli