8 may 1992-ci ildə Şuşa şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

1883-cü ilin bu günü Bakı-Tiflis dəmiryolu xətti açılıb.

8 may 1902-ci ildə Martinikada Mon-Pele vulkanının püskürməsi nəticəsində 20 min insan həlak olub.

1945-ci ilin bu günü nasist Almaniyasının qeyd-şərtsiz təslim olması ilə Avropa ərazisində İkinci Dünya müharibəsi başa çatıb.

8 may 1945-ci ildə Fransa əsgərləri tərəfindən törədilən Setif və Gelma qətliamı nəticəsində yüzlərlə mülki əlcəzairli qətlə yetirilib.

1984-cü ilin bu günü Londonu su daşqınlarından qorumaq üçün Temza çayı üzərində tikilən bənd istifadəyə verilib.

8 may 1992-ci ildə Azərbaycan Respublikası ilə İtaliya və İsveç arasında diplomatik əlaqələr qurulub.

Aytən Novruzova / Metbuat.az