9 may faşizm üzərində qələbə günüdür.

1502-ci ilin bu günü Xristofor Kolumb Yeni Dünyaya 4-cü və son səyahəti üçün İspaniyadan yola düşüb.

9 may 1754-cü ildə Benjamin Franklin ilk Amerika karikaturasını nəşr etdirib.

1915-ci ilin bu günü Fransa və Almaniya orduları arasında İkinci Artua döyüşü baş verib.

9 may 1945-ci ildə Aleksey Semenkov "Li-2" təyyarəsində nasist Almaniyasının kapitulyasiya aktının nüsxəsini Berlindən Moskvaya çatdırıb.

9 may 1955-ci ildə Qərbi Almaniya NATO-ya qəbul edilib.

2003-cü ilin bu günü Azərbaycan Respublikası Haiti ilə diplomatik əlaqələr qurub.

Aytən Novruzova / Metbuat.az