Sumqayıt əhali sayına görə Bakıdan sonra Azərbaycanın ən böyük ikinci şəhəridir. Gənclik şəhəri kimi tanınan Sumqayıtdan bir çox tanınmış, mışhur simalar da çıxıb. Lent.az bu barədə kiçik araşdırma aparıb və əslən sumqayıtlı olan, həmçinin, bu şəhərin yetirməsi olan, burada yaşayan tanınmış şəxslərdən bəzilərinin siyahısını hazırlayıb.

Müğənni Damla Sumqayıtda yaşayır. Elə məktəbi də orada bitirib. İfaçı deyib ki, işləri ilə bağlı Bakıda yaşamaq istəsə də, oğlu buna razı olmayıb: “İstədik ki, ailəlikcə Bakıya köçək, amma oğlum dedi, mən dostlarımı qoyub, Bakıya gedə bilmərəm”.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

Əməkdar artist Ədalət Şükürov da Sumqayıt şəhərində anadan olub. İndi də onun bu şəhərdə bağ evi var.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

"Davay, do svidaniya" adlı meyxanaları ilə mşhurlaşan meyxanaçı qardaşlar İntiqam və Ehtiram da Sumqayıtın yetirmələridir.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

Müğənni Mənzurə Musayeva da Sumqayıtda yaşayan tanınmışlardandır.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

Məşhur aparıcı Mətanət Əlverdiyeva da illərdir, Sumqayıtda yaşayan məşhurlardandır. Aparıcı bildirib ki, işi Bakıda, evi Sumqayıtdadır.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

Əməkdar artist Nüşabə Ələsgərli də uzun illər Sumqayıtda yaşayıb.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

Əməkdar artist Dilarə Əliyeva da Sumqayıtda böyüyüb-başa çatıb: “Sumqayıtda böyümüşəm, amma Bakıya gəlin gəlmişəm. Subaylıq və uşaqlıq illərim Sumqayıtda keçib”.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

“Maestro” ləqəbi ilə tanınan skripkaçı Ceyhun da illərdir Sumqayıtdadır.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

Məşhur meyxanaçı Namiq Mənanın qardaşı, Dövlət Musiqili Teatrının tanınmış aktyoru, əməkdar artist Ələkbər Əliyev də Sumqayıtda qalır.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

Müğənni Sevda Kazımova da sumqayıtlıdır. İfaçı bildirib ki, Bakıdan ev alsa da, yenidən Sumqayıta qayıtmalı olub: “Bilmirəm, nədəndir, Sumqayıtdan başqa yerdə qala bilmirəm, Bakıda ev almışdım, qala bilmədim, həmin evi oğluma verdim. İndi də Sumqayıtda qalıram. Özümü burda daha rahat hiss eliyirəm. İnşallah, uzun illər burda da qalmağı düşünürəm”.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

Sumqayıtlılar mməkdar artist, "Bu şəhərdə"nin qəhrəmanı Coşqun Rəhimovla da fərx edə bilər. Aktyor da "gənclik şəhəri"nin yetirməsidir.

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR

Əməkdar artist Ruhəngiz Musəvi də Sumqayıt şəhərinin yetişdiri ulduzlardandır. .

Sumqayıtın ən məşhur simaları - SİYAHI - FOTOLAR