Bəhreyndə dünya futbolunun ulduzlarının qatıldıqları mini-turnir keçirilib.

FİFA-nın təşkil etdiyi bu turnirdə 6 konfederasiya və Bəhreyn Futbol Assosiasiyasının dəvəti ilə futbolçular qatılıblar.

Milli.Az AsiaOne-a istinadən billdirir ki, bu səbəbdən turnirdə 8 komanda iştirak edirdi.

Meydana çıxan ulduzlar arasında isə Dieqo Maradona, Ronaldinyo, Kafu, Devid Trezeqe, Karlos Valderrama, Mişel Salqado, Təlal Yusif, Pablo Aymar vardı.

Finalda Bəhreyn yığması UEFA komandasını məğlub edib. Qalib komandaya kuboku UEFA prezidenti Canni İnfantino təqdim edib.

Afrika Futbol Konfederasiyasının (CAF) komandası 3-cü yeri tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində