"Report"a Bankın mətbuat xidmətindən verilən məlumata görə, kartla əməliyyatların dövriyyəsi 31,5 mln. manat olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25% və 30% artıb.
"MasterCard" və "Visa" beynəlxalq ödəniş sistemlərinin üzvü olan "Azər-Türk Bank" plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Hazırda dövriyyədə Banka məxsus 33 min aktiv plastik kart var ki, bu da 2016-cı ilin ilk rübünün nəticələrinə nisbətən 34% çoxdur.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.