Tovuzda bıçaqlanma olub.

Publika.az xəbər verir ki, Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Samir Hidayət oğlu qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Hüseynov kənd ərazisində tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.