Türkiydə maraqlı hadisə baş verib. Fanat.Az xəbər verir ki, qadın 48 yaşında peşəkar futbolçu olub.


Azize Ay adı Diyarbəkirdə bir firmada aşbaz kimi fəaliyyət göstərir. 6 yaşından futbola marağı olub. Lakin ailəsi onun futbolçu olmasına icazə verməyib. Xanım isə bu səbəbdən 40 yaşınadək aldığı evlilik təkliflərindən imtina edib.


"Futbol ola bilmədim, mən də 40 yaşında evləndim. Evlənməsəydim, kəndimizin muxtarı olacaqdım. Artıq qərarımı vermişdim" deyir gülərək Azize.


Onun futbol sevgisini öyrənən bir jurnalist haqqında xəbər yayır. Bundan sonra 48 yaşlı Azize "Diyarbəkirspor"un qadın futbol komandasından təklif alır. Klubun futbol şöbəsinin rəsmisi Cemal Toptanc? və klub işçiləri bir dəstə gül, şokalat və "Diyarbəkirspor"un 21 nömrəli forması ilə qapısını döyürlər.


Azize aldıtı təklifi belə nəql edir: "Qız istər kimi evimə gəldilər, çayımızı içdilər, "səni komandada görmək istəyirik" dedilər. Həyat yoldaşım hacıdı. Futbola olan sevgimi görüb icazə verdi. Mən də ən böyük arzumu gerçəkləşdirdim".


Ailəsi icazə vermədi, qadın 48 yaşında futbolçu oldu -   FOTO


12-17 yaşlı komanda yoldaşları ilə oynayan Azizenin həyatı da maraqlıdı. Belə ki, atası o, 3 aylıq olanda vəfat edib. Yerli ənənələrə görə anası əmisi ilə evləndirilib. Futbola bağlılığı isə üzünü görmədiyi atasından ona keçib: "Atam futbol oynayırmış. Mən də ona oxşamışam. Əmimi atam bilmişəm. Uşaq vaxtı həmişə futbol oynayırdım, gecələr topla yatırdım. Futbolçu olmaq istədim, amma ailəm qoymadı. Artıq yaşıl meydanlardayam. 49 yaşım olmasına rəğmən özümü 17-18 yaşında hiss edirəm. Bu məni xoşbəxt edir".


Azizenin bir qohumu da futbolçu olub: "Məni onun üçün almaq istəyirdilər. Amma o, mənim futbol oynamağıma icazə verər deyə əmim evlənməyimizə razı olmadı.


17-18 yaşlarında "Ankara Sitespor" və "Adana Dostlukspor" klubları ona təklif göndərib. Amma yenə ailəsi icazə verməyib: "Əmim razı olmadım. Hətta mən çantamı da hazırlaşmışdım. "Oranın adresini bilirik, səni meydanda öldürərik" dedilər. Mən də "Öldürün, məzarım da korner bayrağının yanında olsun" cavabını verdim.


"Fənərbaxça" fanatı olan Azize doğulacaq uşaqlarının futbolçu olmasını istəyir. Hətta onlara "Fənərbaxça"lıların adını vermək niyyətindədi: "Ilyas, Selcuk, Aykut, Oguz, R?dvan, Erdi…"


Amma gec evləndiyi üçün ana ola bilmir: "Amma indi meydanda 11 qızım var".


Fanat.Az