Daha bir təyyarə qəzası (FOTO)

Daha bir təyyarə qəzası (FOTO)
01:21 8 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

Yeni Zelandiyada sərnişin təyyarəsi uçuşdan dərhal sonra mühərrikdə ciddi problemlər yarandığından qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, “Skydive Taupo” aviaşirkətinin hava gəmisi Şimal adasında yerləşən Taupo gölünə düşüb.

Təyyarədə olan 13 nəfər (altı sərnişin, altı ekipaj üzvü və gəmi komandiri) möcüzə nəticəsində xilas olmağı bacarıb.

Layner hündürlüyü itirməyə başladıqda bort baxıcıları paraşütləri paylayıb və hamı vaxtında təyyarədən tullanmağı bacarıb.

Sərnişinlər ekipaj üzvləriylə tandemdə tullanıb. Təyyarəni son anda qəzadan bir neçə saniyə əvvəl bortu pilot tərk edib.

Həkimlər sağ qalan sərnişinləri müayinə edib. Xəsarət alan olmayıb.

Yeri gəlmişkən, gölün sahilində yerləşən Taupo şəhəri Yeni Zelandiyanın "adrenalin paytaxtı" hesab edilir. Paraşütlə tullanmalar - orada ən məşhur əyləncə hesab edilir.

Qeyd edək, insanlar əvvəllər də aviaqəzalarda sağ qalmağa müvəffəq olub. Belə ki, 2010-cu ildə Yohannesburqdan (CAR) Tripoliyə uçmuş “Afriqiyah Airways” Liviya aviaşirkətinin A-330-u layneri qəza keçirmişdi. İçində 93 sərnişin və 11 ekipaj üzvü olan təyyarədə Hollandiyadan olan 8 yaşlı oğlan sağ qalmışdı.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR