"Anamın əziyyəti çox olub" - Tanınmış sənətçi efirdə ağladı - VİDEO - FOTO

"Anamın əziyyəti çox olub" - Tanınmış sənətçi efirdə ağladı - VİDEO - FOTO
16:17 17 May 2017
106 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı ustad sənətkar, qarmon ifaçısı Nizami Əsgərov olub.

Milli.Az xəbər verir ki, ustad sənətkar valideynlərinin vəfatından danışarkən göz yaşlarını saxlaya bilməyib:

"İtkilərim olub. Erkən yaşda atamı itirmişəm. Öz gücümüzlə böyümüşük, təhsil almışıq, mövqe tutmuşuq. Bilirsiniz, istər erkən yaşda, istərsə də yaşlı vaxtda çətindir. İnsan yaşa dolduqca daha çox kövrəlir. Cavan bəlkə də fərqinə varmazdı, indi bir az çətindir. Orta məktəbi bitirəndən sonra atamı itirdim. Anamın əziyyəti çox olub. Böyük qardaşım, bir də bacım var.

Həyatın qanunları ilə barışmalısan. Təkcə o deyil, bizim torpaqlarımızın uğruna övladlarımız dünyasını dəyişib, şəhid olub, bəs onların ruhu? Ümumiyyətlə, itki pis şeydir. Allah dövlətimizə firəvanlıq, əmin-amanlıq qismət eləsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/545752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR