Play Store

Rafiq Hüseynovdan ürəkparçalayan sözlər: "Dua edin ki, ölməyim"

Rafiq Hüseynovdan ürəkparçalayan sözlər: "Dua edin ki, ölməyim"
11:57 18 May 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Vəziyyəti pisləşdiyi deyilən xalq artisti xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti, məşhur diktor Rafiq Hüseynlinin səhhəti yaxşılaşıb:

"Ayaqlarım tutulmuşdu, demək olar ki, yeriyə bilmirdim. Nəfəsalmamda ciddi problemlər yaranmışdı. Başgicəllənmələr, halsızlıq yolumu xəstəxanadan saldı. Burada da həkimlərin hamısı dostlarımdır. Sağ olsunlar, ilk müayinə və müalicə öz effektini verdi. Əslində, səhhətimdə baş verənlər onkoloji xəstəliyimlə əlaqəli deyil. Çünki Türkiyədə yenicə müayinə olunmuşam, xəstəlikdə irəliləmə yoxdur. Hazırkı durumum şəkər və ayaqlarımın problemləri ilə əlaqədardır. Artıq sizinlə normal danışıramsa, demək ki, səhhətim düzəlir".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, məşhur diktor sevənlərinə də səslənib:

"Bilirəm ki, məni sevən insanlar həddən artıq çoxdur. Hamısı mənə görə narahatdır. Dualar edir. İnanın ki, insanların duaları məni sağaldır. Mən bundan sonra sizlərin duası ilə daha çox yaşayacam. Dua edin ki, ölməyim".

Qeyd edək ki, məşhur diktor ağciyər xərçənginə qarşı mübarizə aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR