x
Loading...
.

Ronaldudan növbəti rekord

Ronaldudan növbəti rekord
12:05 18 May 2017
71 İdman
Ölkə mətbuatı
A- A+
.

"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Avropanın 5 böyük liqasında (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) ən çox qol vuran futbolçu olub.

La Liqada "Selta"ya qarşı matçda dubla imza atan Ronaldu Avropa liqalarında  vurduğu qolların sayını 368-ə yüksəldib. Bununla da o, ingiltərəli Cimmi Qrivzanı (366 qol) geridə qoyaraq bu göstərəcidə ilk pilləyə qalxıb.

Qeyd edək ki, K.Ronaldo 2003-2009-cü illərdə çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərə Premyer Liqasında 84 qol, 8 mövsümdür oynadığı "Real"la isə La Liqada 284 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR