Sərdar Ortaç: “Başqası arvadımın nə gözəl ayaqları olduğunu desə...” - VİDEO

Sərdar Ortaç: “Başqası arvadımın nə gözəl ayaqları olduğunu desə...” - VİDEO
14:48 18 May 2017
248 Şou
Ölkə mətbuatı
A- A+

Sinan Akcıl sevdiyi qadını qısmadığını deyən Sədar Ortaça söz atıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnıları qədər özəl həyatı ilə də gündəmdən düşməyən Sərdar Ortaç ilə Sinan Akcıl “Yüzyılın aşkı” adlı mahnını duet oxuyub. Kamera qarşısına keçib müsahibə verən Sinan Akcıl Sərdar Ortaçın ailə həyatı haqqında bunları deyib:

"Mən münasibətimdə bu qədər rahat adam görməmişəm. Sərdar Ortaç bütün qadınların arzuladığı anlayışlı ər xarakterinə sahibdir. Xloya haqqında da inanılmaz dərəcə rahatdır. İndi Xloyaya albom çıxartmağı düşünürük. Sərdardan icazə aldım. Həyat yoldaşının səsi çox gözəldir".

Serdar isə Sinanla razılaşmadığlnı dilə gətirib: “Yox canım Sinan şişirdir, dediyin qədər rahat deyiləm".

Xatırladaq ki, Sərdar Ortaç 1 il əvvəl "Həyat Yoldaşım qısqancdır, amma mənimvecimə də deyil. Yan masadakı adam arvadıma “Nə gözəl ayaqları var” desə qürur duyaram. Çünki adam o ayaqlara ancaq baxmaqla kifayətlənir. Amma mən sahibiyəm, toxunaram" demişdi.

Ulduzun bu sözləri mətbuatda böyük səs-küyə səbəb olmuşdu.

Sərdarın həyat yoldaşı Xloya isə sosial şəbəkədə bölüşdüyü fotoları ilə gündəm yaradır. Yeri gəlmişkən onu da qeyd edək ki, müğənni ilə həyat yoldaşı arasında il yaş fərqi var.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/199275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR