Tramp hər an istefa verə bilər

ABŞ prezidenti Donald Tramp hər an hakimiyyətdən getmək təhlükəsi ilə üz-üzədir.

Metbuat.az xəbər verir ki, ABŞ kəşfiyyatı artıq Tramp-Rusiya əlaqələrinin araşdırma nəticələrini ortaya qoyub. Trampın seçkiqabağı təşviqat kompaniyasının üzvlərinin Rusiya ilə ən azı 18 dəfə telefon vasitəsilə danışıqlar apardığı ortaya çıxıb. “Elektron poçt” işi üzrə istintaqın nəticələri də hazırdır. Milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi Flayn məsələ ilə bağlı artıq istefa verib.

Trampın hakimiyyətdən getmə məsələsi ABŞ hökümətində ciddi şəkildə müzakirə olunur. Senatorlar da Trampın hər an istefaya göndərilməsi (impiçment) məsələsinə dəstək veriblər.

Qeyd edək ki, ABŞ tarixində bu vaxta qədər 3 prezidentin istefaya göndərilməsi məsələsi olub. Klinton və Conson bəraət qazansa da, "Uotorgeyt skandalı"nın qəhrəmanı Riçard Nikson istefa vermək məcburiyyətində qalmışdı.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR