Play Store

Sürücüsüz zibildaşıyan maşın təqdim olunub

Sürücüsüz zibildaşıyan maşın təqdim olunub
11:35 19 May 2017
Ölkə mətbuatı
A- A+

“Volvo” şirkəti zibilin yığılması üçün avtonom yük maşınının sınağına başlayıb. Nəqliyyat vasitəsi İsveçin tullantıların toplanması ilə məşğul olan “Renova” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Avtomobil istehsalçısı yeni layihənin avtomatlaşdırmanın əmək şəraitinin yaxşılaşdırılmasına təsirini yoxlamaq məqsədilə hazırlandığını bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, məlumata görə, sürücüsüz zibildaşıyan maşın təhlükəsizlik səviyyəsini artıracaq. Quraşdırılmış sensorlar iritutumlu nəqliyyat sürücüsünün diqqətindən yayınan maneələri qeydə alacaq. Bundan başqa, hər gün eyni marşrut üzrə hərəkət sürücüsüz avtomobil üçün əlverişli hesab olunur.

“Volvo” bir neçə ildir sürücüsüz nəqliyyatın inkişafı ilə məşğuldur. 2016-cı ilin avqustunda avtomobil istehsalçısı “Uber” şirkəti ilə birlikdə texnologiyanın inkişafına 300 milyon dollar investisiya yatırıb. Ötən ilin sonunda sürücüsüz “Volvo XC90” avtomobillərinin “Uber” vasitəsilə San-Fransisko və Pitsburq şəhərləri arasında səfər üçün sifarişlərinin qəbuluna başlanılıb.

Nizam Nuriyev
 




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47903-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR