Latın qrafikasına keçiddə Türkiyənin nailiyyətlərindən bəhrələnəcəyik"

Latın qrafikasına keçiddə Türkiyənin nailiyyətlərindən bəhrələnəcəyik"
10:03 20 May 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Qazaxıstan vilayətinin qubernatoru Canseyit Tuymebayev vilayətin sosial-iqtisadi vəziyyətinə dair mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, qubernator mətbuat konfransı zamanı ölkənin latın qrafikalı əlifbaya keçidi ilə bağlı sualları da cavablandırıb.

Onun sözlərinə görə, cənubi Qazaxıstan bu istiqamətdə Türkiyənin nailiyyətlərindən bəhrələnəcək: "Biz latın qrafikalı əlifbaya keçmirik, latın əlifbasına geri qayıdırıq. Türkiyə və Qazaxıstan o dövrdə latın qrafikalı əlifbadan istifadə edib. Lakin Sovet höküməti sonradan əlifbanı kiril qrafikasına keçirtdi."

Canseyit Tuymabayev onu da qeyd edib ki, 1928-ci ildən latın qrafikalı əlifbaya keçən Türkiyənin heç bir çətinlik çəkmədiyini gördük: "Türkiyənin latın qrafikalı əlifbanı uğurla istifadə etdiyini və heç bir çətinlik yaşamadığını bilirik. Düşünürəm ki, onları nümunə götürərək biz də heç bir çətinlik çəkmədən bu işi uğurla həll edəcəyik".

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR