Slovakiya Fortuna Liqasında XXXII turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, millimizin forvardı Ramil Şeydayevin komandası - “Jilina” rəqib meydanında “Moravtse” ilə üz-üzə gəlib.
Çempionluğu vaxtından əvvəl rəsmiləşdirmiş qonaqlar 4:1 hesablı darmadağına sevinib. Oyuna start heyətində başlayan Şeydayev 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Jilina” bu qələbədən sonra xal hesabını 70-ə çatdırıb.
Fanat.Az