Bakı. Trend:

Meksikanın Çyapas ştatında dağlıq rayonda avtobusun yoldan çıxıb aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İnsident Qvatemala ilə sərhəd yaxınlığında baş verib.

Qəza-xilas etmə xidmətinin verdiyi məlumata görə, avtobus zəvvarları daşıyırmış.

Qəzanın baş vermə səbəbləri məlum deyil.