Qadınlarda sümük əriməsinin müalicəsi

Osteoporoz (sümük əriməsi) sümük kütləsində azalma, sümük toxumasının mikro arxitektura quruluşunun pozulması ilə xarakterizə olunan xəstəlikdir. Osteoporoz xəstəliyini düzgün qidalanma ilə dayandırmaq və ya qarşısını almaq mümkündür.

Metbuat.az xəbər verir ki, evdə hazırlayacağınız bir neçə xalq təbabəti üsulları ilə bu problemdən qoruna bilərsiniz.

Günaşırı ərik qurusu yemək sümük əriməsi və qırılmaların qarşısını alır.

Gündə bir alma yemək sümük əriməsinin qarşısını ala bilər. Almanı qabığı ilə yeməyə diqqət edin.

Bir stəkan badamı gecə boyunca suda saxlayın. Qabıqlarını soyub mikserdən keçirin. Püre halına gələn qarışığa darçın və bal əlavə edərək süzgəcdən keçirin. Badam südünü hər gün için.

Balıq yağı: Tərkibi yağ turşuları, D vitamini və "Omeqa-3" ilə zəngin olduğu üçün sümüyün mineral sıxlığını artırır.

Keşniş yarpaqları və toxumları sümük sağlamlığı üçün vacib kalsium, maqnezium, kalium və dəmirlə zəngindir. Bir stəkan isti suya iki çay qaşığı kişniş toxumu qarışdırın və üstünü örtərək 5-10 dəqiqə dəmləyin. Süzün və bal əlavə edin. Gündə 2 dəfə için. Yeməklərinizdə keşniş yarpağı və toxumu istifadə edin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR