Bakıya ilk qar yağdı

Bakıya ilk qar yağdı
09:12 8 Yanvar 2015
155 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saat 5:00 radələrindən başlayaraq Bakıya ilk qar yağıb. Bir neçə saat içində yer hissə-hissə ağ örpəyə bürünüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Şimal-qərb küləyi güclənəcək. Çovgun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var.
Havanın temperaturu gecə 2-4 dərəcə isti , gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru 2 dərəcəyə yaxın şaxta olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR