Könül Xasıyevanı xəstəlik bu hala saldı

Azərbaycanın xalq artisti Könül Xasıyeva səhhəti ilə bağlı problemlərdən əziyyət çəkir.

Metbuat.az xəbər verir ki, bu gün xalq artisti ilə görüşən Hacı Nuranın paylaşdığı foto izləyiciləri dəhşətə gətirib.

Xalq artistinin saçının az olması və taqətsizliyi gözdən yayınmayıb. Hacı Nuran fotosuna belə şərh verib:

“Azərbaycanın xalq artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasıyevanı bu gün ziyarət etdim. Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək oldu. Amma inanıram ki, Könül xanım tezliklə şəfa tapacaq”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR