Ağır xəstəlikdən əziyyət çəkən məşhurlar

Çox vaxt məşhur insanların möhtəşəm və dəbdəbəli həyatları olduğunu və çox xoşbəxt yaşadıqlarını düşünürük. Lakin unuduruq ki, onlar da bizim kimi sıradan insandır və xəstəliklərə qarşı xüsusi müdafiə qalxanları yoxdur. Bu dəfə sizə ağır xəstəliklərə düçar olsalar da, heç vaxt məğlub olmayan məşhurları təqdim edəcəyik.

Şeron Ston

Tanınmış Hollivud ulduzu Şeron Ston illər öncə beyin damarlarındakı yırtıqlara görə əməliyyat keçirib və ölümdən dönüb. Uzun müddət danışa bilməsə də, o bütün çətinliklərə qalib gəlməyi bacardı.

Maykl C. Fox

1991-ci ildə Parkinson xəstəliyinə yoluxan Maykl Fox bu haqda xəbər aldıqdan sonra da işini davam etdirib. Parkinson xəstəliyi Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinir və mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.


Culiya Roberts

Dünyanın sevilən aktrisası Culiya Roberts dəri xəstəliyindən əziyyət çəkib. Aktrisa illər ərzində diqqətli yaşayaraq, dərisində heç bir kəsiyin olmamasına fikir verib. Çünki kiçik bir yaradan yaranacaq qanaxma ciddi problemlərə səbəb ola və onu ölümə apara bilərdi.

Ben Stiller

Tanınmış aktyor Ben Stiller xərçəng xəstəliyinə tutulduğunu öyrəndiyi zaman çox həyəcanlanıb, lakin daha sonra yaşayıb, sevinmək üçün əsaslı səbəb tapıb.Sən demə, aktyorun xəstəliyi ilk mərhələdə imiş və xərçəngin yox edilməsi çox da çətin deyilmiş

Daniel Radklif

Hər kəsin "Harry Poter" filmindən yaxşı tanıdığı Daniel Radklif bədənin immunitet və sinir sistemini təsir edən dispraksi xəstəliyinə yoluxub. Bu xəstəlik ücbatından Daniel bəzən çox sadə hərəkətləri etməkdə çətinlik çəkir. Lakin aktyor belə bir xəstəliyə məğlub olmayaraq, işini davam etdirir.


Leydi Qaqa

Dünyada tanınmış müğənni Leydi Qaqa bədənin immunitet çatışmazlığı və sinir sistemi xəstəliyindən əziyyət çəkir. Bədənin dəri, böyrək, beyin, qəlb və ağciyərlərinə qədər təsir edə bilən bu xəstəlikyə baxmayaraq Leydi Qaqa hələ də ən möhtəşəm konsertlərin müəllifidir.

Maykl Karlil Hall

Maykl Karlil də yüzlərlə insan kimi, xərçəng xəstəliyindən əziyyət çəkir. Lakin o, digərlərindən fərqli olaraq evdə yatmır, əksinə digər xərçəng xəstələrinə yardım edir.

Kili Minoque

Avstraliyalı müğənni-bəstəkar 2005-ci ildə döş xərçənginə tutulduğunu öyrənib. Çətin bir mübarizədən sonra ifaçı bu xəstəliyə qalib gəlirb Daha sonra isə sözügedən xəstəlikdən qurtulması yüzlərlə insana yardım edir.

Haq Cekman

Aktyor Haq Cekman 2013-cü ildə dəri xərçəngi xəstəliyinə yoluxub və 6 əməliyyat keçirib. O, bu xəstəlikdən sonra dincəlməli olsa da, işlərinə ara verməyib. Hazırda aktyor xərçənglə mübarizə aparan 27 müxtəlif quruma sponsorluq edir.

Toni Braxton

5 Grammi mükafatı sahibi olan tanınmış müğənni Toni Braxton bədənindəki immunitet çatışmazlığından dolayı müalicə alır. Ona bu diaqnoz qoyulduqdan sonra Toni xəstəlikdən əziyyət çəkənlərə yardım etməyə başlayıb.


Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR