Serbiya paytaxtının Novıy Belqrad rayonunda güclü partlayış baş verib.

Publika.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, insident nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbləri hələlik məlum deyil.

İnsident biznes mərkəzinin yaxınlığında baş verib. Hadisə yerinə xeyli sayda polis və yanğınsöndürənlər cəlb edilib.