"Report"un məlumatına görə, bu barədə "Beijing news" qəzeti xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə bazar günü Quyçjou vilayətinin Çjennin şəhər dairəsində qeydə alınıb. Belə ki, naməlum şəxs bıçaqla insanlara hücum edərək 6 nəfəri öldürüb. Daha 12 nəfəri isə yaralayıb.
O, yerli polis əməkdaşları tərəfindən saxlanılıb. Hücumun təfərrüatları hələlik məlum deyil. Lakin bildirilir ki, qatilin psixi problemləri olub.