"Twitter"də dəhşətli heşteq

"Twitter"də dəhşətli heşteq
10:05 8 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

Müsəlmanlara qarşı təxribat məqsədli virtual hücum olub
Fransanın paytaxtı Parisdə 12 karikaturaçının ölümü ilə nəticələnən terror hücumundan sonra mötədil müsəlmanlar da təhrikedici virtual hücuma məruz qalıblar.

Anspress-in məlumatına görə, "Twitter" mikrobloqunda “killallmuslims” (Müsəlmanları öldürün) heşteqi ilə müsəlmanlara qarşı nifrət aşılayan minlərlə ismarış yayılıb.

Tamamilə təxribat məqsədli yayılmış heşteq 15 dəqiqəyə yaxın "Twitter"in efirində qalıb.

Bir müddət sonra müsəlmanların da etiraz ismarışlarından sonra "Twitter" rəhbərliyi bu heşteqlə yazılmış ismarışları silib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR