Səhhətimizlə bağlı hər birimiz nə vaxtsa, dərmanlardan istifadə etmək məcburiyyətində qalırıq. Amma bir çoxlarının şahid olduğu fakt var ki, dərmanlar fərqli aptektlərdə fərqli qiymətlərə satılır. Bu qiymətlər arasında fərqlər isə təxminən 5-10 manat civarında dəyişir. İnsanlar vaxt azlığından bir-neçə aptekdən araşdırma aparıb, ən ucuzunu ala bilmir. Amma dərmanın əsl qiymətini biləndən sonra aradakı fərqə görə siz bir dərman üçün bir neçə aptekə üz tuta bilərsiniz, və ya dərmanları real qiymətlərində satan aptekləri kəşf edə bilərsiz.
Bunun üçün Metbuat.az saytının ən yuxarısında yerləşən "Dərmanlar" bölməsinə tıklamaq kifayətdir. Buradan Azərbaycanda satışda olan əksər dərmanların real qiymətlərini öyrənə bilərsiniz.

http://metbuat.az/derman-qiymetleri.html bu linkə daxil olaraq daha çox məlumat əldə edə bilərsiniz.