“Real”ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 3 final oyununda qol vurmuş oyunçu kimi tarixə düşüb.
Publika.az xəbər verir ki, portuqaliyalı forvard Çempionlar Liqasının final oyununun ilk hissəsinin 20-ci dəqiqəsində “Yuventus”un qapısına yol tapa bilib.
Oyunda hesabı açan Ronaldo bununla UEFA Çempionlar Liqasının 3 final oyununda qol vurmuş oyunçu olub.
Qeyd edək ki, final oyunu 1:4 "Real"ın xeyrinə bitib.