x
Loading...

Sabiq "Xəzər Lənkəran"lı "Latsio"ya keçir

Sabiq "Xəzər Lənkəran"lı "Latsio"ya keçir
16:57 4 İyun 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Mbilla Etame karyerasını İtaliya A Seriyasında çıxış edə bilər.


Fanat.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatına menecer Ruqqero Lakerenza məlumat verib.


Onun sözlərinə görə, Mbilla Etame, Villian Suares və Maor Buzaqlo Roma klubuna təklif olunub. Menecer bildirib ki, Mbilla Etame həmçinin Çin və İngiltərədən də təkliflər alıb.


Qeyd edək ki, Mbilla Etame 2015-ci ildən "Antalyaspor"da çıxış edir. O, iki mövsümdə Super Liqa klubunun heyətində 56 rəsmi oyuna çıxıb və 14 qol vurub. 


28 yaşlı kamerunlu forvard 2013-2014-cü illərdə "Xəzər Lənkəran"ın formasını geyinib. Bu müddətdə 41 rəsmi oyun keçirərək 15 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sabiq-quotxzr-lnkranquotl-quotlatsioquotya-kecir-t58520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR