"Qalatasaray"ı Brumanı Almaniyanın "Leypsq" klubuna satıb. Fanat.Az "NTV Spor"a istinadən xəbər verir ki, tərəflər 12,5 milyon avroya razılıq əldə edib.
Bu məbləğ arta da bilər. Müqavilə şərtlərinə əsasən, "Leypsq"in müəyyən uğurlar qazanacağı halda məbləğ 15 milyon avroya yüksələ bilər.
Bruma bu gün Almaniyanın Leypsq şəhərinə yollanaraq tibbi müayinədən keçib.
Fanat.Az