Filippində Maravi şəhərində ordu və İŞİD arasındakı qarşıdurmalardan sonra dörd saatlıq atəşkəs elan edilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu haqda Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduardo Ano deyib. Onun sözlərinə görə, bu müddətdə əhali qarşıdurma bölgəsindən təxliyə ediləcək.
Atəşkəsin uzadılması haqda çağırışlara qarşı çıxan Ano "Bunu edə bilmərik", - deyə bildirib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində